Modern.az

Yaxın üç günün gözlənilən hava pronozu

Yaxın üç günün gözlənilən hava pronozu

Ölkə

6 Sentyabr 2010, 13:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin əsasən az buludlu olacağı, yağmursuz keçəcəyi və cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 32-35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Sentyabrın 7-də hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 21-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək.

Sentyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz cənub küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 30-33 dərəcə isti təşkil edəcək

Azərbaycanın rayonlarında

Sentyabrın 6-da hava şəraitinin yağmursuz keçəcəyi, şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda isə gecə 13-18, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 7-8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-23, gündüz 31-36, dağlarda isə gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı