Modern.az

Dövlət Sosial Müdafiə Fondundan işçilərə çağırış

Dövlət Sosial Müdafiə Fondundan işçilərə çağırış

Ölkə

6 Sentyabr 2010, 14:23

“Azərbaycan Respublikasında sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır”. Bu barədə  Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Dond bəyan edib ki, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər qeyd olunan sahəyə öz mənfi təsirini göstərir və bu istiqamətdə müvafiq sağlamlaşdırma tədbirlərinin tətbiqi mütəmadi davam etdirilməkdədir. Bununla belə, aparılan maarifləndirmə işlərinə və görülən müvafiq tədbirlərə baxmayaraq, işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud  əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi hallarına rast gəlinməkdədir. “Təəssüf doğuran odur ki, bu kimi halların müşahidə olunmasına işçilərin öz hüqüqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. Unutmaq olmaz ki, hər bir şəxs işlədiyi yerdə əmək müqaviləsi imzalamadan çalışmaqla və yaxud  aldığı əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaqla özünü gələcək pensiya və müavinət təminatından məhrum etmiş olur”.

Dövlət Sosial Müdafiə Fondu bir daha əhalini məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənməsində aktiv iştirak etməyə çağırıb. “Hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının  gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək, gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnəcək. Ona görə də təminatlı gələcəyimiz üçün məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəyək”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı