Modern.az

Sabiq nazir bu nəsildən imiş - 6000 illik Qafqaz izləri

Sabiq nazir bu nəsildən imiş - 6000 illik Qafqaz izləri

Ölkə

8 Avqust 2026, 23:37

 AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru,Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun Y-xromosom (Y-DNT) nəticələri açıqlanıb. 
 

Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan DNT layihəsi admini, genetik-tədqiqatçı və irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar "Facebook" hesabında paylaşım edib.

O qeyd edib ki, ata nəsli Qərbi Azərbaycanın İcevan (Karvansara) rayonunun Salah kəndindən,Dəmirlilər nəslindən və Mərdanovlar soyadından olan həmyerlimizin Y DNT nəticəsi J1 haploqrupunun CTS1460 subkladı olaraq müəyyən olunub:

"Bu subklad Qafqazın ən qədim mutasiyalarından sayılır və istər Ermənistan,istərsə də Gürcüstan ərazilərində aparılmış paleodnt nümunələrində aşkarlanmışdır. Bu subkladı Kür-Araz mədəniyyətinin genetik davamı kimi qəbul edirlər. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov məhz bu nəsildəndir. Bu nəticə göstərir ki, Misir müəllimin ata babaları 6000 il öncə də bu torpaqlarda yaşamış yerli və arxaik soylardandır".

Genetik-tədqiqatçının sözlərinə görə, bu subklad həmçinin Qərbi Azərbaycanda Əmirxeyir kəndindəki Dümələ və Salah kəndindəki Doluxanlı nəslində də aşkarlanmışdır: "Testlər artdıqca bu subkladın xüsusən Qərbi Azərbaycanda və Azərbaycan türklərində geniş yayıldığı ortaya çıxacaq".

O bildirib ki, test personal tiplidir və elmi iş nömrəsi ilə layihəmizin bazasına daxildir.

"Salah kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. Əsasən bu tayfalar Qaraqoyunlu türk elinə aiddir", - O. Xansuvar yazıb. 

 

Sizə yeni x var
Keçid et
Paşinyandan Rusiyanı dəli edən çıxış - Bakıya mesaj göndərdi - Gündəm Masada