Modern.az

Zəlimxan Məmmədli seçkilərə Xətai rayonundan qatılacaq

Zəlimxan Məmmədli seçkilərə Xətai rayonundan qatılacaq

Ölkə

7 Sentyabr 2010, 17:10

Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin keçmiş sədri Zəlimxan Məmmədli Milli Məclisə keçiriləcək seşkilərdə iştirak etmək qərarını verib. Bu barədə Modern.az-a Z.Məmmədli məlumat verib. Onun sözlərinə görə, namizədliyini 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürəcək.  “Mən həmişə bu dairədən namizəd olmuşam. Burada mənim iş yerim yerləşir. Məni bu rayonda tanıyırlar”-deyən Z.Məmmədli vurğulayıb ki, bir sıra seçki blokları onun namizədliyini dəstəkləyəcəklər. Z. Məmmədli bildirib ki, AXCP və Müsavatın onu dəstəkləməsini gözləmir. “Digər siyasi blokların namizədliyimi dəstəkləyəcəyi ilə bağlı qeyri-rəsmi razılaşmamız olub”-deyə o vurğulayıb. Seçki prosesinin özəlliyinin olduğunu bildirən Z.Məmmədli qeyd edib ki, kampaniyanın gedişatlnda dəyişikliklər gözlənilir.   

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdə olduğu 1992-93-cü illərdə Zəlimxan Məmmədli Xətai rayonu İcra Hakimiyyətinin başçısı olub.  

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı