Modern.az

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

Mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir

Ölkə

Bu gün, 11:19

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanın turizm potensialının yüksək olduğunu, lakin mehmanxana infrastrukturunun inkişaf etdirilməsinə ehtiyac duyulduğunu bildirib.

Modern.az xəbər verir ki, dövlət başçısı bunu Naxçıvana səfəri zamanı Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədə deyib.

İlham Əliyev qeyd edib ki, Naxçıvanın zəngin tarixi abidələri, gözəl təbiəti, təmiz havası və mənzərəli məkanları turizmin inkişafı üçün böyük imkanlar yaradır.

“Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir”, - deyə Prezident bildirib.

Dövlət başçısı Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxananın tikintisinə başlanıldığını da açıqlayıb.

“Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq”, - deyə İlham Əliyev qeyd edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Prezidentdən Naxçıvanda diqqətçəkən sözlər - Şuşa azad olunanda Putin...