Modern.az

Ermənistan TRIPP dəmir yolunun marşrutunu açıqladı - 42 km olacaq

Ermənistan TRIPP dəmir yolunun marşrutunu açıqladı - 42 km olacaq

Dünya

Bu gün, 11:07

TRIPP layihəsinin dəmir yolu xəttinin tikintisi zamanı sovet dövründə dəmir yolunun keçdiyi ərazidən istifadə olunacaq. Xəttin uzunluğu təxminən 42 kilometr təşkil edəcək.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan parlamentin  tribunasından TRIPP layihəsi barədə danışarkən bildirib.

Onun sözlərinə görə, dəmir yolu Araz vadisi boyunca uzanacaq və bu ərazidə xüsusi mülkiyyətdə olan torpaq sahələri yoxdur.

“Avtomobil yoluna gəlincə, onun konkret marşrutu hələ yekun müəyyənləşdirilməyib. Yol cənub hissəsindən keçəcək. Sadəcə, Naxçıvan ərazisində birləşmə sahəsi çox dar olduğuna görə texniki ekspertizaların aparılması zəruridir”, – deyə baş nazirin müavini qeyd edib.

Xatırladaq ki, TRIPP dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvanla  birləşdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?