Modern.az

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Aktual

Bu gün, 11:46

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

“29 Oktyabr – Türkiyə Respublikasının əsasının qoyulmasının 103-cü ildönümü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi-qəlbdən təbrik edirik.

Bu əlamətdar gündə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkü, eləcə də ölkənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun!”, – paylaşımda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?