Modern.az

Deputat: “Sovetlərdən qalan əmanətlər Rusiyadan istənilməlidir”

Deputat: “Sovetlərdən qalan əmanətlər Rusiyadan istənilməlidir”

Ölkə

13 Sentyabr 2010, 11:35

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Qulıyev Azərbaycan vətəndaşlarının sovetlərdən qalan əmanətlərinin qaytarılması məsələsi ilə bağlı Modern.az saytına açıqlama verib. Millət vəkili bildirib ki, azərbaycanlıların sovet dövründən banklarda  qalan əmanətlərinin qaytarılmamasının bir çox səbəbi var. Birinci məsələ ondan ibarətdir ki, SSRİ dağılanda əmanət bankları ­ləğv edilib və o zaman əmanətçilərin sənədləri də it-bata düşüb: “Azərbaycanda 1 milyondan artıq məcburi köçkünümüz var ki, onların da əmanətlərlə bağlı sənədləri yoxdur. Ən əsas məsələlərdən biri də odur ki, yalnız Rusiya SSR-nin varisi kimi tanınır. Çünki SSRİ dövründə bu məkanın maliyyə məsələsinə Moskva nəzarət edirdi. O zaman əmanətə qoyulan pullar rus pulu idi. Ona görə də yaxşı olar ki, keçmiş əmanətçilərimizin pullarını Rusiya qaytarsın. Hesab edirəm ki, bu əmanətlər Rusiyadan istənilməlidir”.

Qeyd edək ki, Azərbaycan prezidenti 26 oktyabr 2005-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında”  Sərəncam imzalayıb. Sərəncamla ölkə vətəndaşlarının 1 yanvar 1992-ci il tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin indeksləşdirilməsinə hazırlıq aparmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiyanın tərkibinə sədr baş nazir olmaqla nazirlər, bank və komitə sədrləri daxil edilib.
Sərəncamda əmanətlərin qalıqlarına kompensasiyaların verilməsini tənzimləyən müvafiq qanun layihəsinin və onların ödənilmə mexanizmi barədə təkliflərin üç ay müddətində hazırlanması, eyni zamanda vətəndaşların 1 yanvar 1992-ci il vəziyyətinə əhali qrupları və yaş kateqoriyaları üzrə bank hesablarının inventarizasiyasının aparılması nəzərdə tutulub.

Sərəncamdan 5 il ötsə də əmanətlərin qaytarılma mexanizmi hələ də müəyyənləşdirilməyib.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı