Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin tutulub açılacağı, gecə və səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı, cənub küləyinin əsəcəyi axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin axşam buludluluğun artacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb, şimal küləyinin əsəcəyi, gündüz arabir güclənəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 17-19 dərəcə, günün birinci yarısında 25-30 dərəcə, axşama doğru 20-24 dərəcə isti təşkil edəcək.
Sentyabrın 15-də hava şəraitinin buludlu olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq ehtimal olunur. Havanın temperaturu gecə 16-19 dərəcə, gündüz 21-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Sentyabrın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb küləyi əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 24-29, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-19 dərəcə isti təşkil edəcək.
14-15 sentyabrda əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Modern.az