Modern.az

"28 May"dan "Dərnəgül"ə sonuncu qatar gedib

"28 May"dan "Dərnəgül"ə sonuncu qatar gedib

Ölkə

15 Avqust 2026, 11:21

"28 May"dan "Dərnəgül"ə doğru sonuncu qatar yola salınıb.

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Qeyd edilib ki, bu gün "Həzi Aslanov" istiqamətindən gələn qatar saat 00:32-də "28 May" stansiyasından sonuncu dəfə "Dərnəgül"ə doğru hərəkət edib.

Bildirilib ki, bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.

Sizə yeni x var
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?