ABŞ və İran danışıqları bərpa edə bilər.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens İran rəsmisinə məktub göndərərək iki ölkə arasında sülh danışıqlarının bərpasını təklif edib.
Məktubun Qətər vasitəçiləri ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə çatdırıldığı bildirilir. Vens ABŞ nümayəndə heyətinə özü rəhbərlik edə biləcəyini qeyd edib.
Tərəflər razılığa gələrsə, görüşün gələn həftə Qətərdə və ya Türkiyədə keçirilməsi mümkündür. İranın xarici işlər naziri Abbas Əraqçi isə vasitəçilərlə təmasların davam etdiyini və diplomatiyaya imkan verildiyini bildirib.