Modern.az

Bu gün AXCP-Müsavatın vahid seçki qərargahı yaradılacaq

Bu gün AXCP-Müsavatın vahid seçki qərargahı yaradılacaq

Ölkə

14 Sentyabr 2010, 12:42

AXCP-Müsavat  blokunun vahid seçki qərargahının taleyi bu gün bəlli olacaq. Hər iki partiyanın seçki qərargahlarının bu gün saat 15-də Müsavat partiyasının ofisində keçiriləcək genişləndirilmiş iclasında  bu məsələyə aydınlıq gətiriləcək.
Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə,  hər iki partiyanın nümayəndələri vahid seçki qərargahı və digər məsələri müzakirə edəcəklər.  Vahid qərargah yaradıldıqdan sonra blokun simvolları müzakirəyə çıxarılacaq. 
“Bununla bağlı artıq tapşırıqlar verilib”-deyə F.Qəhrəmanlı bildirib.

Modern.az
   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı