Modern.az

Özbəkistanla ticarət dövriyyəsi 3 dəfədən çox artıb

Özbəkistanla ticarət dövriyyəsi 3 dəfədən çox artıb

Ölkə

21 Avqust 2026, 13:43

İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

Bunun əla göstərici olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?