Modern.az

Prezident: Azərbaycan və Özbəkistan müttəfiqlik səviyyəsinə yüksəlib

Prezident: Azərbaycan və Özbəkistan müttəfiqlik səviyyəsinə yüksəlib

Ölkə

21 Avqust 2026, 13:52

İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?