Modern.az

Zərdab qəzasında Qarabağ qazisi və yaxınları ölüb – GÖRÜNTÜLƏR

Zərdab qəzasında Qarabağ qazisi və yaxınları ölüb – GÖRÜNTÜLƏR

Ölkə

Bu gün, 16:23

Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatları məlum olub.

Modern.az məsələ ilə bağlı Məmmədqasımlı kənd sakinləri ilə əlaqə saxlayıb.

Məlum olub ki, avtomobildə qəzaya düşən ailə üzvləri qəza zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibəti ilə məclis təşkil ediblər. 

Qəza anında avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğludur. Qəzada xəsarət alan Reyhan Məhəmmədova isə Elyar Məhəmmədovun həyat yoldaşıdır. Səkinə Məhəmmədova isə Qalib Məhəmmədovun qardaşının həyat yoldaşıdır. Susanna Məhəmmədova Səkinə Məhəmmədovanın gəlini, Mehriban Kərimova isə qızıdır.

Saytımıza verilən məlumata görə, Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi olub. Həmçinin 2-ci Qarabağ müharibəsində iştirak edib. Qalib Məhəmmədov uzun müddət Məmmədqasımlı kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

1546756

Soldan sağa Susanna Məhəmmədova, qəzadan tək sağ çıxan şəxs Reyhan Məhəmmədova

1546762

Qalib Məhəmmədov və Qarabağ qazisi Elyar Məhəmmədov

 


Lamiyə Cənnətzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!