Modern.az

Bakıda bəy və gəlin toy məclisinə motosikletlə getdilər - VİDEO

Bakıda bəy və gəlin toy məclisinə motosikletlə getdilər - VİDEO

Ölkə

Bu gün, 03:44

Toy günü klassik və lüks avtomobillərə üstünlük verilsə də, bəzi cütlüklər fərqli nəqliyyat vasitələri ilə yadda qalmağa çalışırlar.

Modern.az xəbər verir ki, bu dəfə bəy və gəlin toy məclisinə motosikletlə qatılaraq sosial şəbəkələrdə diqqət çəkiblər.

Dörd ildir bayker olan gəlin Fatimə Məlikli qeyri-adi seçiminin səbəbini Baku TV-yə açıqlayıb. O bildirib ki, motosiklet sürmək uşaqlıq arzusu və həyatının ayrılmaz hissəsidir:

“Məhz buna görə də motosikletin ən özəl günümün bir parçası olmasını istədim. Yolda hər hansı problem yaşanmasın deyə bəylə birlikdə xüsusi təlim də keçmişdik”.

Fatimə Məliklinin sözlərinə görə, cütlük əvvəlcə toy zalına motosikletlə daxil olmağı planlaşdırmayıb. Məqsəd yalnız xüsusi çəkiliş üçün motosiklet karvanı ilə yürüş etmək olub.

Lakin restoranın qarşısına çatdıqda gəlinin atası cütlüyə sürpriz edib. O, restoran rəhbərliyi ilə danışaraq bəy və gəlinin motosikletlə zala daxil olmasını təşkil edib.

Gəlin sosial şəbəkələrdə səsləndirilən tənqidlərə də münasibət bildirib:

“Hər kəsin fikrinə hörmətlə yanaşıram. İnsanlara elə bir xoşbəxtlik arzulayıram ki, başqalarının həyatını müzakirə etməyə vaxtları qalmasın”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!