Modern.az

Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI

Prokurorluq “Zipline”də iki nəfərin ölümünün səbəblərini AÇIQLADI

Ölkə

10 Sentyabr 2026, 09:47

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən “Zipline” faciəsinin ilkin səbəbi məlum olub.

Modern.az xəbər verir ki, Baş Prokurorluğun verdiyi məlumata görə, sentyabrın 8-də Baş Küngüt kəndində yerləşən “Şəki yaylası” istirahət mərkəzində Ucal Bayramov və Coşqun Məmmədzadə “Zipline” əyləncəsindən istifadə edərkən hündürlükdən yıxılaraq həyatlarını itiriblər.

Prokurorluğun ilkin araşdırmasına əsasən, kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb. Bunun nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib. Hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

Faktla bağlı iki nəfərin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb.

Hazırda “Zipline” qurğusunun texniki vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, qəzanın dəqiq səbəbləri və məsul şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İlham Əliyev Türkiyəyə getməyəcək - Səbəblər açıqlandı