Modern.az

Gəncəli ruhanini şəhərdən sürgün etdilər

Gəncəli ruhanini şəhərdən sürgün etdilər

Ölkə

1 Oktyabr 2010, 13:43

Beynəlxalq Qüds günü münasibəti ilə Bakıda İsrail səfirliyinin qarşısında keçirilən etiraz aksiyasından sonra həbs edilərək Gəncəyə aparılan ruhani Höccətilislam Azər Cəbiyev evindən sürgün olunub. Modern.az-ın məlumatına görə Gəncə şəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən təhdidlərə məruz qaldığını bildirən ruhani 3 saat ərzində şəhərdən çıxarılıb.
Azər Cəbiyevin sözlərinə görə polis idarəsində ona hədə-qorxu gəliblər. Onun 1 il ərzində Gəncəyə qayıtmasına qadağa qoyulub. İndi ruhani başqa rayonda qohumlarının evində qalır və Gəncədəki ailəsi ilə görüşə bilmir.
A.Cəyev deyib ki, sürgün edilməsinin əsas səbəbi polisin onun ruhani geyimində olmasını qəbul edə bilməməsidir.

Orxan Əli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı