
Ermənistanda prezident Serj Sərkisyana qarşı antipatiya o həddə çatıb ki, onun kortejinə butılka atmaqdan belə çəkinmirlər. Modern.az saytının məlumatına görə, ermənilərin «Aykakan Jmanak» qəzeti xəbər verir ki, prezident Sərkisyanın avtomobil karvanı avtomogistralda hərəkət edərkən naməlum şəxslər kortejə tərəf butulka atıblar. Atılan butulka kortejdə olan son maşının şüşəsini sındırıb. Hadisə Ararat regionunda avtomagistralların birində baş verib.
Kortej öz yoluna davam etsə də butulka atılan maşın dayanıb. Amma hadisəni törədəni tapmaq mümkün olmayıb.
Sərkisyanın mətbuat xidmətinin rəhbəri Armen Arzumanyan hadisəni təkzib edib. Qəzetin məlumatına görə prezident Sərkisyanın Ararat bölgəsinin Ujdan kəndi yaxınlığında sakinlər onun yolunu bağlamağa cəhd ediblər. Bu fakt da Prezident Admisitrasiyası tərəfindən təkzib edilib, amma «Aykakan Jmanak» iddia edir ki, orada toplaşan adamlar jurnalist Çovinar Nazaryanın qardaşı Artak Nazaryanın ölümündə şübhəli bilinərək həbs edilən hərbçinin valideyinləri və yaxınları olublar.
Modern.az