Modern.az

Müğənni Məhəbbət Kazımov təşkilat yaradıb

Müğənni Məhəbbət Kazımov təşkilat yaradıb

Ölkə

2 Oktyabr 2010, 20:10

Tanınmış müğənni Məhəbbət Kazımov siqaretçəkmə əleyhinə kampaniyaya start verib. Modern.az saytına açıqlamasında müğənni bildirib ki, ölkədə siqaretə aludəçiliyin artması onu bu addımı atmağa vadar edib. M. Kazımov bu məqsədlə “Siqareti Tərgidənlər” Birliyini təsis edib. Təşkilata artıq 28 nəfərin üzv olduğunu deyən müğənni bildirib ki, onlar siqaretdən ciddi aslılığı olanlardırlar.
 
Birliyin üzvü olan bu 28 nəfər artıq siqaretə əlvida demək üçün dəridən-qabıqdan çıxmağa başlayıblar. Bu da səbəbsiz deyil.
Belə ki, uzun illərdir həyatını siqaretsiz təsəvvür edə bilməyən bu 28 nəfərdən hansı biri ilk olaraq zərərli vərdişi tərgidə bilsə, ona VAZ 2107 markalı “Jiquli” avtomobili hədiyyə olunacaq. Hər halda Məhəbbət Kazımovun təşkilatı belə vəd verib.
Hazırda fəal şəkildə anti-siqaret təbliğatı aparan “Siqareti Tərgidənlər” Birliyi sıralarına yeni üzvlər cəlb etməkdədir.
“Birliyin üzvləri tez-tez bir araya gəlir və planlarımızı müzakirə edirik. İstərdim ki, gənclər siqaret çəkməsinlər. Sağlam böyüsünlər. Sağlam nəsil indi vacib məsələyə çevrilib”-deyə M.Kazımov vurğulayıb.
 
Onun sözlərinə görə, olduğu el şənliklərində, toylarda, məclislərdə bacardığı qədər siqaret əleyhinə iş aparır.  M.Kazımov Milli Məclisdə siqaretçəkmə əleyhinə qanunun qəbulunu vacib hesab edir. Onun sözlərinə görə, belə qanun olarsa, cəmiyyət üçün böyük fayda gətirər. M.Kazımov deyib ki. Onun rəhbərlik etdiyi təşkilat parlamentin müzakirəsinə çıxarılan siqaret əleyhinə qanun layihəsini dəstəkləyir.
M.Kazımov digər sənət yoldaşlarını da bu kampaniyaya qoşulmağa çağırıb.

Xatırldaq ki, parlamentin deputatları Musa Quliyev və Qənirə Paşayeva fəal şəkildə anti-tütün kampaniyası aparır və Milli Məclisdə siqaret əleyhinə qanun qəbul edilməsinə çalışırlar.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı