Modern.az

Gələn ilin büdcəsində yaşayış minimumu 95, ehtiyac meyarı 75 manat nəzərdə tutulur

Gələn ilin büdcəsində yaşayış minimumu 95, ehtiyac meyarı 75 manat nəzərdə tutulur

Ölkə

5 Oktyabr 2010, 10:02

Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub. Milli Məclisin Sosial siyasət komitəsindən Modern.az saytına bildirilib ki, 2011-ci ilin dövlət büdcəsi layihəsində gələn il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində nəzərdə tutulub.

Komitədən bildirilib ki, 2011-ci ilin dövlət büdcəsi layihəsində ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manat məbləğində nəzərdə tutulub.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı