Milli Məclisin Mədəniyyət komitəsindən Modern.az saytına verilən məlumata görə, bir neçə gün öncə parlamentə daxil olan 2011-ci il dövlət büdcəsi layihəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üçün 202,4 milyon manat və ya 2010-cu illə müqayisədə 22,8 milyon manat (12,7 faiz çox) vəsait nəzərdə tutulub.
Sözügedən bölməyə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 faiz təşkil edir.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət üzrə ayrılan vəsaitin 119,5 milyon manatı və ya 59 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 51,2 milyon manatı və ya 25,3 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 31,7 milyon manatı və ya 15,7 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm və digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılmış vəsaitin 33,6 milyon manatı müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsinə nəzərdə tutulur, o cümlədən “Azərbaycan teatrı 2009-2019-cu illər Dövlət Proqramı”nın tədbiqi ilə bağlı 9,1 milyon manat, “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkşafına dair Dövlət Proqranmı”nın icrasına 6,5 milyon manat (2010-cu illə müqayisədə 0,5 milyon manat və ya 8,3 faiz çox), mədəniyyət obyektlərinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 7 milyon manat (2010-cu illə müqayisədə 0,8 mln. manat və ya 12,1 faiz çox), mədəniyyət obyektlərinin yenidənqurulmasına və əsaslı təmirinə 2 milyon manat, xarici populyar televiziya şirkətləri vasitəsi ilə ölkənin turizm imkanlarının təbliğinə 1,6 milyon manat, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkşafı üzrə Dövlət Proqramı”na 1milyon manat, “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın icrasına 0,6 milyon manat yaşlı və gənc nəsil yazıçıların, rəssamların və bəstəkarların xüsusi təqaüd fondunun xərclərinə 0,6 milyon manat, “Azərbaycanda monumental heykəltaraşlıq abidələri xatirə-memorial və memuarlıq kompleksləri haqqında” Prezidentin müvafiq sərəncamının icrası ilə bağlı xərclərə 0,3 milyon manat, Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdə mədəniyyət mərkəzlərinin saxlanılmasına 0,3 milyon manat və digər tədbirlərə vəsait nəzərdə tutulub.
Modern.az