Modern.az

ARDNŞ-in vitse-prezidenti; “Nabucco” barədə son söz demək hələ tezdir....”

ARDNŞ-in vitse-prezidenti;  “Nabucco” barədə son söz demək hələ tezdir....”

Ölkə

7 Oktyabr 2010, 11:25
“Azərbaycanın "Nabucco" qaz kəməri layihəsində tranzit ölkə qismində iştirakı etmək üçünimkan var. Bu Türkmənistan qazının Xəzər dənizi - Azərbaycan və sonra Avropaya nəql edilməsi ilə bağlıdır. "Nabucco" layihəsinin tərəfdaşları bu istiqamətdə işləyirlər, danışıqlar aparılır, lakin bu gün son nəticə barəsində söz demək hələ tezdir”.

Bu sözləri ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yüsifzadə “Nabucco” layihəsinin perspektivlərini şərh edərkən bildirib.   Onun sözlərinə görə, "Nabucco" qaz kəməri layihasənin hazırki mərhələsində Azərbaycan layihəydə tədarükçü ölkə qismində iştirak edə bilər. Bu onunla əlaqədardır ki, hazırda Azərbaycan qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trilyon kubmetr, perspektiv ehtiyatlarla birlikdə isə 5 trilyon kubmetr həcmində qiymətləndirilir.

X.Yüsifzadə qeyd edib ki, Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarının tam miqyasda işlənilməsi, eləcə də Azərbaycanda, birinci növbədə Xəzərin Azərbaycan sektoru akvatoriyasında, yeni neft-qazkondensat yataqlarının kəşf edilməsi mümkünlüyü, yaxın gələcəkdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə yüksəldilməsinə, 2015-ci ildə isə 30 mlrd.m3 qədər proqnozlaşdırılmasına imkan verir.

Xatırladaq ki, 2009-cu ilin 13 iyul tarixində Ankara şəhərində Türkiyə, Avstriya, Macarıstan, Bolqariya və Rumınya ölkələrinin nümayəndələri "Nabucco" qaz kəmərinin tikintisi üzrə saziş imzalayıb. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Qaz kəmərinin çəkilişinə 2011-ci ildə başlanması, tikintinin 2013-cü ildə başa çatdırılması və ilk tədarüklərə 2014-cü ildə start verilməsi planlaşdırılır. "Nabucco" qaz kəmərinin uzunluğu 3,3 min kilometr, buraxma qabiliyyəti ildə 26-32 mlrd. m3 –dir. Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Türkmənistan və Azərbaycandan Avropa ölkələrinə, birinci növbədə Avstriya və Almaniyaya qazın nəqli nəzərdə tutulur.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı