Modern.az

Gələn il dövlət 10 milyon 400 min manat dəfnpulu xərcləyəcək

Gələn il dövlət 10 milyon 400 min manat dəfnpulu xərcləyəcək

Ölkə

7 Oktyabr 2010, 14:59

Gələn il Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF)  büdcəsinin gəlirləri 1 milyard 970 milyon 540 min manat, xərcləri isə 1 milyard 970 milyon 540 min manat nəzərdə tutulub. Bu barədə Modern.az saytına Milli Məclisin Sosial siyasət komitəsindən məlumat verilib.

Komitədən verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun büdcə xərclərində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 21 milyon 200 min, hamiləliyə və doğuşa görə 21 milyon 350 min, uşağın anadan olmasına görə  2 milyon 250 min,  3 yaşına çatanadək uşaqlara qulluqla əlaqadar  5 milyon, dəfn üçün 10 milyon 400 min, işsizliyə görə 4 milyon 350 min manat vəsait nəzərdə tutulub.

DSMF-nin gələn ilki büdcəsindən sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına 10 milyon 280 min, sığortaolunanaların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə 130 min manat yönəldiləcək.    
 
Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı