Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazovun sözlərinə görə, aparılan araşdırmalar göstərib ki, 10 ildən çoxdur Hindistandan Azərbaycana camış əti idxal olunur. E.Şahbazov deyib ki, Azərbaycanda xaricdən gətirilən camış ətinin satışı ilə bağlı şikayətlər var.
Modern.az xəbər verir ki, Dövlət Baytarlıq Xidməti şikayətləri nəzərə alaraq öz baytarlarını yaxın vaxtlarda Hindistana göndərməyi planlaşdırır. E.Şahbazovun sözlərinə görə, azərbaycanlı baytarlar Hindistanda camış əti ixracı ilə bağlı vəziyyəti yerindəcə araşdıracaqlar. Əgər sanitar tələblərə uyğun olmayan vəziyyət aşkarlansa, onda Hindistandan ölkəmizə camış əti idxalına qadağa qoyulacaq.
Modern.az