Modern.az

Dövlət Baytarlıq Xidməti Nazirlər Kabinetinə müraciət etdi

Dövlət Baytarlıq Xidməti Nazirlər Kabinetinə müraciət etdi

Ölkə

7 Oktyabr 2010, 15:54

Quş ovuna qadağalar götürülsün 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycan Respublikası ərazisində quş ovuna qoyulan qadağanın ləğv olunması üçün Nazirlər Kabinetinə müraciət edib. Bu məlumatı Modern.az saytına Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov verib. Qeyd edək ki, dünyada “quş qripi” virusunun yayılması nəzərə alınaraq 2005-ci ilin oktyabrından Azərbaycanda quş ovuna qadağan qoyulub.

“Bilirsiniz, “donuz qripi” və “quş qripi”lə əlaqadar bizim qoyduğumuz qadağalar var idi ki, onların götürülməsini təklif etmişik. Bizə cavab veriblər ki, bu məsələyə baxılacaq”.

E.Şahbazov deyib ki, “donuz qripi” virusu ilə bağlı dünyanı bürüyən ajiotajın təxribat olduğu müəyyən olub və bu məsələ yalan çıxıb.   

Dövlət Baytarlıq Xidmətinin rəis müavini deyib ki, son illər davamlı olaraq Azərbaycanda 12 ayda 8-10 dəfə monitorinq aparılır, amma “quş qripi” xəstəliyinin simptomları müəyyən olunmayıb. “Bu virus nə vizual, nə də lobarator müayinə yolu ilə aşkarlanıb. Onu da qeyd edim ki, biz vəhşi, sənaye və ev quşları arasında monitorinq aparırıq. Hətta vaxtaşırı kəndlərdən bizə qan nümünələri gətirilir və yoxlamalar “quş qripi” xəstəliyinin olmadığını deməyə əsas verir. Ona görə də Azərbaycanda quş ovuna qadağa götürülməlidir”.
Qeyd edək ki,  ölkə başçısının 16 fevral 2006-cı il tarixli sərəncamı ilə Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyası yaradılıb. Son illər bu komissiya faktiki fəaliyyət göstərmir.

2005-ci ilin oktyabrından ölkə ərazisində quş ovu qadağan olunduğundan öv mövsümü yalnız məməli heyvanlar üçün açılıb, bağlanılır. Respublika Ovçular Cəmiyyəti Birliyinin sədri Füzuli Əşrəfovun sözlərinə görə, ovçuluq təsərrüfatlarında adları çəkilən heyvanların sayı çox deyil və onların ov limiti aşağıdır. F.Əşrəfov bildidb ki, ovçulardan quş ovunun götürülməsi xahişi ilə yüzlərlə müraciət daxil olub.

Rəsmi məlumata görə, Azərbaycanda 20 min nəfərdən çox ovçu var.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı