Modern.az

Azərbaycanda 24 dini qurum “arzuedilməz” elan edilib

Azərbaycanda 24 dini qurum  “arzuedilməz” elan edilib

Ölkə

8 Oktyabr 2010, 13:08

Bu günə qədər dövlət qeydiyyatından keçmək üçün 794 dini qurum Dini Qurumlar Üzrə Dövlət Komitəsinə müraciət edib. Modern.az-ın məlumatına görə, bu barədə komitənin sədri Hidayət Orucov oktyabrın 8-də YAP-da keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, sənədlərini müvafiq qaydada hazırlamadığı üçün indiyədək 24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina olunub. Onlardan 15-islam, 9-u qeyri islam təmayüllü dini icmadır.   

Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərə əsasən dini qurumlarla yenidən qeydiyyatdan keçmək üçün 1 yanvar 2010-cu ilədək müvafiq sənədlərini dövlət Komitəsinə təqdim etməli idilər. Bu müddətdə sənədlərini təqdim etməyən dini qurumların qeydiyyatı Dövlət Komitəsinin müraciəti əsasında məhkəmə qaydasında ləğv edilib.  

Yenidən dövlət qeydiyyatından keçməli olan dini qurumların böyük əksəriyyəti qanunla müəyyən edilmiş müddətədək müvafiq  sənədlərini Dövlət Komitəsinə təqdim edib. Hazırda dini qurumların dövlət qeydiyyatına alınması işi davam etdirilr.

Mail Ağaxanov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı