Modern.az

Hidayət Orucov: "Qafqaz Müsəlmanları İdarəsi nəzir qutularının hamısına nəzarət edə bilmir"

Hidayət Orucov: "Qafqaz Müsəlmanları İdarəsi nəzir qutularının hamısına nəzarət edə bilmir"

Ölkə

8 Oktyabr 2010, 13:39

Nəzir qutularına nəzarətdə Dini Komitə Qafqaz Müsəlmanları İdarəsinə şərik olur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov bildirib ki, ziyarətgahlarda yerləşdirilən nəzir qutularına Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən nəzarət olunsa da, bu məsələdə hələ də pərakəndəlik var. O, deyib ki, QMİ nəzir qutularının hamısına nəzarət edə bilmir. H.Orucovun sözlərinə görə, nəzir qutularına nəzarətlə bağlı yeni tədbirlər hazırlanır.

“Qafqaz Müsəlmanları İdarəsi əsasən böyük ziyarətgahlara nəzarət edir. Ancaq elə ziyarətgalar var ki, idarə hələki oralara lazımı qədər nəzarət edə bilmir. Nəzir qutularına nəzarətlə bağlı Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birgə işlər görür, yeni tədbirlər həyata keçiriləcək. Yəqin ki, ziyarətgahlar da dini icmalar kimi fəaliyyət göstərəcək. Ziyarətgahlardakı nəzir qutularına toplanan nəzir icmanın nəzarətiylə lazım olan yerlərə xərclənəcək”-deyə H.Orucov bildirib.

Ölkəmizdə 500-ə qədər ziyarətgah var, ancaq bunların 50-si daha məşhurdu, fəal fəaliyyət göstər. Bir daha deyirəm ki, nəzir qutuluraı ilə bağlı tədbirlər hazırlanır. Nəzir qutularına toplanan vəsaitin xərclənməsinin şəffaflığına icmalar nəzarət edəcək. O icmalar ki, Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb və tərkibi azı 10 nəfərdən ibarətdir”.

Mail Ağaxanov
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı