Modern.az

“Komsomolka, "krasavitsa", Nina” - “Qayday mənə dedi soyuna bilərsən..?”

“Komsomolka, "krasavitsa", Nina” - “Qayday mənə dedi soyuna bilərsən..?”

Ölkə

8 Oktyabr 2010, 13:52

 

 

 

 


60-cı illərdə SSRİ-nin bir nömrəli komediyasına çevrilən “Qafqaz əsiri”ni yəqin xatırlayırsınız...

Sadəlövh Şurik, baza direktoru Saakov, məşhur Vitsin-Nikulin-Morqunov “üçlüyü” və gözəl tələbə qız Nina...
Bu filmin replikaları indi də dəbdədi.. Zaman ötsə də, film populyarlığını saxlayır. Amma  gözəlliyi aparır.

Bu şəkildə Nina rolunu oynayan Natalya Varleyi görürsünüz. İndi 63 yaşı olan Varley bu şəkli bir ay əvvəl Anapada keçirilən 19-cu beynəlxalq kinofestivalda çəkdirib.  

Natalya “Qafqaz əsiri” filmində Nina roluna çəkilməyi barədə danışarkən deyib ki, buna qədər o sirkdə ekvilibrist  işləyib.

“Nina roluna o zaman populyar olan xeyli aktrisa iddialı idi. Mənimlə bağlı eşşəklə bir yoxlama səhnə çəkildi. Qayday qəfildən məndən soruşdu. “Nadya əynindəki paltarlarını soyuna bilərsən, utanmırsan?”. Mən “yox, bu dəqiqə” –deyib üst paltarımı çıxartım. Hamı heyrətlə və təəccüblə “ah!!!!” deyib bir-birlərinə baxdılar. Sovet dövrü üçün belə addım atmaq ağlasığmaz idi. Mənim üçünsə çimərlik geyimi sirk nömrələrində adi hal idi. Odur ki, qeyri-adi heç nə hiss eləmədim. Qayday görünür bundan sonra Nina obrazını mənə verəcəyini qətiləşdirdi”.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı