Modern.az

Pensiyaların artırılmasında fərqli əmsallar tətbiq ediləcək

Pensiyaların artırılmasında fərqli əmsallar tətbiq ediləcək

Ölkə

25 Sentyabr 2026, 11:05

Orta aylıq əməkhaqqına qədər olan pensiyalara indeksasiya faizi tam tətbiq ediləcək. Daha yüksək məbləğli pensiyaların indeksasiyasında isə 0,2 və 0,5 əmsallarından istifadə olunması təklif edilir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev pensiya qanunvericiliyinə dəyişikliklərlə bağlı layihələri təqdim edərkən bildirib.

Komitə sədrinin sözlərinə görə, layihədə pensiyaların indeksasiyasına diferensial yanaşma nəzərdə tutulur. O, həmçinin aylıq pensiya əlavəsinin məbləğinin aidiyyəti qurum tərəfindən müəyyən ediləcəyini və dövlət büdcəsi hesabına ödəniləcəyini deyib.

Sizə yeni x var
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!