Modern.az

Dövlət qulluqçularının dərs deməsi üçün yazılı razılıq tələb olunacaq

Dövlət qulluqçularının dərs deməsi üçün yazılı razılıq tələb olunacaq

Ölkə

Bu gün, 11:08

Dövlət qulluqçularının pedaqoji fəaliyyətlə məşğul olması üçün çalışdıqları dövlət orqanının rəhbərindən yazılı razılıq alması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu müddəa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsinin layihəsində yer alıb.

Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” qanunda pedaqoji fəaliyyət üçün dövlət orqanı rəhbərinin icazəsi tələb edilir. Yeni layihədə isə razılığın yazılı formada olması göstərilir. Layihəyə əsasən, dövlət qulluqçusu rəhbərin yazılı razılığı ilə elmi fəaliyyətlə də məşğul ola bilər.

Dövlət qulluqçusunun qulluq müddətində sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olmasına məhdudiyyət nəzərdə tutulur. Layihədə dövlət orqanında müvəqqəti əvəzetmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası ilə bağlı istisnalar da göstərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı