Modern.az

Azərbaycanda koronavirusa yoluxanlar varmı? - Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? - Nazirlik cavab verdi

Ölkə

Bu gün, 12:52

Nazirlər Kabinetinin 17 sentyabr 2026-cı il tarixli qərarı ilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il yanvarın 2-dək uzadılıb.

Qərar COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qəbul edilib.

Maraqlıdır, son vaxtlar Azərbaycanda koronavirusa yoluxmalar qeydə alınırmı? Ümumiyyətlə, builki statistika hansı rəqəmlərdən ibarətdir?

Səhiyyə Nazirliyi Modern.az saytının bununla bağlı sorğusuna aşağıdakı kimi cavab verib:

“COVID-19 infeksiyasının epidemioloji xüsusiyyətlərində və xəstəliyin klinik gedişində baş vermiş dəyişikliklər, eləcə də infeksiyanın digər mövsümi respirator viruslarla yanaşı dövretməsi nəzərə alınaraq, hazırda COVID-19 üzrə ayrıca kütləvi yoluxma statistikasının aparılması əvvəlki dövrlərdəki yanaşmadan fərqlənir.

Hazırda SARS-CoV-2 infeksiyası digər respirator viruslarla birlikdə inteqrasiya olunmuş epidemioloji nəzarət və müşahidə çərçivəsində qiymətləndirilir. Bu yanaşma beynəlxalq təcrübəyə tam uyğundur. Ümumdünya Səhiyyə Təşkilatı da SARS-CoV-2-ni digər respirator viruslarla birlikdə inteqrasiya olunmuş epidemioloji müşahidə sistemində izləyir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı