Modern.az

Bakıda sürücülər arasında yol davası - Saxlanılan var

Bakıda sürücülər arasında yol davası - Saxlanılan var

Ölkə

Bu gün, 13:45

Bakıda sürücülər arasında yol vermək üstündə dava olub.

Modern.az xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsində qeydə alınıb.

İttiham aktına görə, 27 yaşlı Fuad Qaçayev (şərti adla) həmin küçədə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə sağ tərəfdən hərəkət edərək, körpüyə çıxmaq istəyərkən solunda olan və düzünə hərəkət edən 36 yaşlı İsmayıl Həşimovun (şərti adla) idarə etdiyi “Hyundai Grandeur” markalı avtomobil ona yol verməyib. Buna görə də Fuad İsmayıldan ona niyə yol verməməsinin səbəbini soruşub və bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb. Daha sonra onların hər ikisi avtomobili sağ kənarda saxlayaraq, nəqliyyat vasitələrindən düşüblər. Fuad burada İsmayılı ətrafdakı insanların gözü qarşısında təhqir edib, yumruqla sifətinə, təpiklə də ayağına zərbə endirib. Nəticədə İsmayılın barmağı sınıb və bir sıra başqa xəsarətlər alıb.

Fakt əsasında Fuad Qaçayev barəsində axtarış elan olunub və o, polis əməkdaşları tərəfindən hava limanında saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olmasını və zərərçəkənlə barışdığını deyərək, barəsində yüngül cəza verilməsini istəyib. Zərərçəkən də həmçinin Fuada qarşı şikayət və tələbinin olmadığını qeyd edib.

Məhkəmənin qərarı ilə F. Qaçayev 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qərara əsasən, o, elektron qolbaq taxacaq və gecə saat 23:00-dan səhər saat 7-dək yaşadığı yeri, cəza müddəti bitənədək isə Bakı şəhərinə tərk edə bilməyəcək.

İlyas Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı