Modern.az

Bəzi müəllimlər şagirdi məcburən hazırlığa çağırır - AÇIQLAMA

Bəzi müəllimlər şagirdi məcburən hazırlığa çağırır - AÇIQLAMA

Ölkə

Bu gün, 15:22

“İbtidai sinif müəllimi təhsil üçün nə dərəcədə strateji bir fiqur olduğunu anlamalıdır".

Modern.az xəbər verir ki, bu sözləri "AzEdu Podkast"da təhsil tədqiqatçısı Elmin Nuri söyləyib. 

O, qeyd edib ki, bugün dünyanın aparıcı təhsil mütəxəssisləri bütün diqqət və resurslarını məhz ibtidai təhsilin inkişafına yönəldiblər. Yaponiya, ABŞ, Finlandiya və Estoniya kimi güclü təhsil sisteminə malik ölkələrin təcrübəsi göstərir ki, uğurun bünövrəsi məhz alt quruluşdan,  ibtidai pillədən qoyulur. Əlbəttə, bizim ibtidai sinif müəllimlərimiz də əllərindən gələni etməyə çalışırlar.

Lakin onlar üçün xüsusi inkişaf proqramları hazırlanmalı və bu proqramlar icbari xarakter daşıyaraq mütləq beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Eyni zamanda, proqramda iştirak edən müəllimlər arasından ən güclüləri seçilərək mentor kimi hazırlanmalı, hər məktəbdə digər ibtidai sinif müəllimlərinə yön verən mütəxəssis rolunu oynamalıdırlar.

Çünki ibtidai sinifdə oxuyan uşaq 6-9, uzağı 10 yaşındadır və hər baxımdan müəllimdən asılıdır. Şagird müəllimin təfəkkürünü, hiss etdiklərini, münasibətini və reaksiyasını mənimsəyir, bu təsir onu ömrü boyu müşayiət edir. İbtidai sinif müəllimi təhsil üçün nə dərəcədə strateji bir fiqur olduğunu anlamalıdır. Təəssüf ki, bəzi müəllimlər şagirdləri məcburi şəkildə əlavə hazırlıqlara cəlb edirlər.

Bu barədə bizə dəfələrlə şikayətlər daxil olur. Problemləri gizlətməyə ehtiyac yoxdur, müəyyən məsələlərə vaxtında "yox" deməyi bacarmalıyıq. Burada ən böyük problemlərdən biri də valideynlərin yanaşmasıdır. Valideyn müəllimə "yox" deməyə çəkinir, müəllim "uşağın qavraması zəifdir, əlavə hazırlığa gəlsin" deyəndə sorğulamadan razılaşır. Valideyn soruşmalıdır ki: "Ay müəllim, qavraması zəif olan uşaq üçün hansı xüsusi metodlarınız var?" Hətta valideyn soruşmasa belə, müəllim özü bu fərdi metodları tətbiq etməlidir. Bu gün süni intellekt belə müəllimə dəstək olaraq həmin metodologiyanı təqdim edə bilir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiya şəhərləri od içində - Dəhşətli hücum başladı