Modern.az

"Birliyin Gücü - 2026” təliminin iştirakçılarına konsert proqramı verilib 

"Birliyin Gücü - 2026” təliminin iştirakçılarına konsert proqramı verilib 

Ölkə

25 Sentyabr 2026, 18:19

“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub. 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edilib. 

Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaradıb, təlim iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycandakı strateji koordinatlar İrana ötürüldü - ŞOK İDDİA!