Modern.az

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sazişi dəyişir

Ölkə

Bu gün, 12:53

Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik edilməsi nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bununla bağlı protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il dekabrın 16-da Kiyevdə və 2026-cı il aprelin 23-də Bakıda imzalanmış protokol təsdiqlənəcək. Sənəd Azərbaycan Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində mövcud sazişə dəyişiklikləri nəzərdə tutur. 

Qeyd edək ki, dəyişiklik edilən əsas saziş 1999-cu il iyulun 30-da Kiyevdə imzalanıb. Həmin sazişə 2012-ci il aprelin 4-də Bakıda imzalanmış protokolla da dəyişiklik edilib. O zaman sənəddə əməkdaşlığa cavabdeh olan səlahiyyətli orqanların adları yenilənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!