Modern.az

Zakir Həsənov Osmakovla regionda təhlükəsizliyi müzakirə etdi

Zakir Həsənov Osmakovla regionda təhlükəsizliyi müzakirə etdi

Ölkə

Bu gün, 21:25

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində təşkil olunan "ADEX-2026" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının inkişaf etdirilməsinə dair keçirdiyi görüşlər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə nazirinin müavini Vasiliy Sergeyeviç Osmakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bir araya gəlib.

Modern.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunmasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlqların rolunu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?