18 saylı Nərimanov-Nizami seçki dairəsində cudo üzrə dünya çempionu Zülfiyyə Hüseynovanın deputatlığa namizədliyi rəsmən qeydə alınıb.
İdmançının namizəd olduğu dairədə rəqibləri arasında tanınmış politoloq Rasim Müsabəyov, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc da var. YAP isə bu dairə üzrə Bakı Əyirci-Toxucu Fabrikinin direktoru Səkinə Babayevanın namizədliyini irəli sürüb.
Zülfiyyə Hüseynova 15 oktyabr 1970-ci ildə Beyləqan rayonunda anadan olub. 1991-ci ildə SSRİ Çempionatında II yeri, 1991-ci ildə SSRİ Xalqlarının Spartakiadasında III yeri, 1995-ci ildə Hərbçilərin Olimpiadasında I yeri, 1996-cı ildə XXVI Yay Olimpiya Oyunlarında VII yeri, 1998-ci ildə Hərbçilərin Dünya Çempionatında I yeri, 1999-cu ildə Hərbçilərin Olimpiadasında III yeri, 2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında VII yeri tutub. 5 dəfə Avropa Çempionatında V yeri tutub, Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır.
Modern.az