Modern.az

Mandatdan məhrum edilən deputatın DOSYESİ

Mandatdan məhrum edilən deputatın DOSYESİ

Ölkə

Bu gün, 17:55

Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında VII çağırış Naxçıvan MR Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlu öz ərizəsi əsasında deputat mandatından məhrum edilib.

Modern.az saytı mandatdan məhrum edilən deputatın qısa tərcümeyi-halını təqdim edir:

Qeye dək ki, Abdullayev Qəzənfər İsmayıl oğlu Naxçıvan MR Ali Məclisinə 39 saylı Bənəniyar seçki dairəsindən depuat seçilib.

Qəzənfər İsmayıl oğlu Abdullayev 26 may 1983-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Bənəniyar kəndində anadan olub.

1989-1998-ci illərdə Culfa rayonunun Bənəniyar kəndində orta təhsil alıb. 2000-ci ildə Naxçıvan şəhərində N.Tusi adına 9 saylı orta məktəbin X-XI siniflərini bitirib.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Terminal-MMC-də gözətçi işləyib.

2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin Mühasibat uçotu və audit ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2005-2006-cı illərdə hərbi xidmətdə olub.

2007-2010-cu illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində mühasib vəzifəsində çalışıb.

2010-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb.

2021-ci ildə “Həmkarlar ittifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunub.

1 mart-18 may 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında katib, Maliyyə-Təsərrüfat şöbəsinin müdiri vəzifələrində çalışıb.

18 may 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının II Məclisinin qərarı ilə Şuranın sədri vəzifəsinə seçilib.

31 iyul 2023-cü ildə Naxçıvan Futbol Federasiyasının sədri seçilib.

28 sentyabr 2023-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini seçilib.

Ailəlidir, iki övladı var.
Q.Abdullayev Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sizə yeni x var
Keçid et
Putindən Bakıyla bağlı GÖZLƏNİLMƏZ QƏRAR: 3 ay ərzində...