
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin yaxınlarına qaytarılması istiqamətində həm dövlətimizin, həm də beynəlxalq təşkilatların fəaliyyəti hələ də heç bir nəticə vermir.
Şəhidin atası Ağakərim İbrahimov Modern.az saytına açıq1amasında bildirib ki, Mübarizin mübarək cəsədini qaytarmaq üçün dövlət tərəfindən səy göstərilir: “Mən onu qurban vermişəm. Allah mənə bunu dedizdirib. Verilən qurban isə geri istənilməz. Mən bu kişiliyin üstündə axıra qədər dayanacam. Şükür olsun ki, heç bir narahatlığım yoxdur. Bəlkə də siz məndən daha narahatsınız. Mən üzülmürəm. Bu bir həqiqətdir ki, Mübariz mənim onu qurban deməyimi sevinərək qarşılayıb”.
A.İbrahimov bildirib ki, oğlu hər zaman ermənilərin üstünə gedəcəyini onların tankını partladacağını, zabitlərini əsir gətirəcəyini deyirmiş: “Bu ərəfədə mən özümdən asılı olmayaraq oğlumu Vətənə qurban dedim. Hətta anası da buna etiraz etmədi. Mən hər gün iki rükət şükür namazı qılıram ki, Allah qurbanımı qəbul etsin. İki il olardı ki, namaz üstündə Allahdan nəslimin, kökümün özümə qaytarılmasını istəyirdim. Axır ki, bu möcüzələr özümüzə qaytarıldı. Mən bunu özüm istəmişəm. Olub ki, qoyun qurbanı demişəm, amma həmin heyvanı yox başqasını kəsmişəm. Səhər gedib görmüşəm ki, həmin qoyun tələf olub. Amma bu dəfə çox qəribə oldu. Oğlumu gecə Allaha qurban dedim, səhər onun şəhid olması xəbərini eşitdim. Bu Allahın möcüzəsidir. Bizim bütün şəhidlərimiz başımızın tacıdır. Baxın ermənilərə təklif edilir ki, sizin diri əsirlərinizi Mübarizin cəsədi ilə dəyişək. Amma razı olmurlar. Deməli belə çıxır ki, bizim bir şəhidimiz onların dirilərindən üstündür.»
Orxan Əli