Modern.az

"Banklar həm pul verdiyi, həm də aldığı insanın mənafeyini gözləməlidir"

"Banklar həm pul verdiyi, həm də aldığı insanın mənafeyini gözləməlidir"

Ölkə

15 Oktyabr 2010, 15:29

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Modern.az saytının suallarını cavablandırıb.

- Azərbaycanda insanların kredit almasını və onu geri qaytarmaq vəziyyətini  qiymətləndirirsiz?

- Vəziyyəti normal qiymətləndirirəm. Bütövlükdə bu institut artıq formalaşıb. Azərbaycanda bank sektorunun yaşı dövlət müstəqilliyimizin yaş qədərdir. Təbii ki, bu da ümumi instisonal problemlərin bir hissəsidir. Bank sektoruna, əhalinin kredit almağına, onu geri qaytarmağına başqa proseslərdən kənarda baxmaq olmaz. Hesab edirəm ki, bu istiqamətdə böyük tərəqqi var. Bu həm əhalinin işgüzar mədəniyyətinin yüksəlməsi, həm də bu işlə məşğul olan institutların təcrübəsinin artması ilə bağlıdır. Təbii ki, obyektiv və subyektiv problemlər də var. Obyektiv problemlər cari situasiya ilə əlaqədardır. Ümumilikdə dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirini göstərdi. Bu istiqamətdə banklar da bir qədər başqa dünyada oldu. Hətta inkişaf etmiş dövlətlərdə problem bundan başladı. Kreditləşmə sistemində funksional zəifləşmədən başladı. Təbii ki, onlar da bir növ yüksək gəlir əldə etmək, bankın böyüməsi şəraitində pul bolluğu həm daxili bazarda, həm də xarici bazardan çoxlu vəsait cəlb etmə şəraitində kredit aktivliklərini həddən artıq artırdılar. Ancaq bu aktivliyi artırma daim bankları xəbərdarlıq edir ki, kredit vermə sisteminin təkmilləşməsilə müşayiət olunmalıdır. Müştərilərin düzgün seçilməsi, onlarının iqtisadi vəziyyətinin düzgün qiymətləndirilməsi prinsipilə əlaqəli getməlidir. İndi artıq səhv etmirəmsə, banklar, bankirlər, əhali bu istiqamətdə lazımi dərslər alıblar. Banklar da bu işə ehtiyatlı yanaşırlar.

- Xarici ölkələrdə banklar bir-biri ilə əlaqəli işləyirlər. Kimin borcu var digər bank ona borc vermir. Azərbaycanda bu məsələlər necə tənzimlənir.

- Dünyanın hər bir yerində kredit bürosu deyilən təşkilat var. Azərbaycanda da o yaradılıbdır və Mərkəzi Bankın tərkibində fəaliyyət göstərir. Banklar istənilən müştəri haqqında həm neqativ, həm də pozitiv informasiyanı sorğu göstərməklə kredit bürosuna müraciət edirlər və bürodan onlara lazımi informasiya verilir. Hər hansı bir şəxs kredit alırsa, kredit tarixçəsi deyilən bir məsələ var. Hər bir məsələ orada cəmləşir və banklar kredit tarixçəsini bir-birinə yox, o təşkilata verir. Çünki banklar arasında maraqlar münaqişəsi ola bilər. Onlar Mərkəzi Banka etibar edirlər. O, büro lazımı informasiyanı banklara çatdırır.

- Dünyada belə bir taktika var ki, kredit problemi olan, borcu olan insanların xaricə çıxmasına məhdudiyyət qoyulsun

- Belə bir məhdudiyyət heç bir yerdə yoxdur və bu hüquqi baxımdan da düzgün deyil.

- Azərbaycanda banklar girov məsələsində kifayət qədər yeni qaydadan istifadə edirlər, məsələn 10 manatlıq mala onun yarısı qədər dəyər qoyurlar və əhali arasında narazılıqlar yaranır. Eyni zamanda banklar kredit verərkən bölgələrə üstünlük vermirlər. Bu məsələyə münasibətiniz neçədir?
-
Bu məsələnin həm obyektiv, həm də subyektiv tərəfləri var. Obyektiv tərəfləri ondan ibarətdir ki, bütövlikdə girovun qiymətləndirilməsində profsional qiymətləndiricilər tərəfindən çox vaxt düzgün həyata keçirilir. Həm də girovun qiymətləndirilməsi çox vaxt müştərinin özü tərəfindən qiymətləndirilir. Təbii ki, onlar maraqlıdırlar girovları yüksək qiymətləndirilsin. Eyni zamanda hər bir bankın özünün ixtiyarı var ki, lazımi araşdırmalar aparsın. Əgər söhbət mənzildən gedirsə, məlum olmalıdır ki, konkret bir rayonda mənzilin dəyəri nədən ibarətdir. Yeni tikilidir, köhnə tikilidir və s. Razılaşmaq lazımdır ki, bunu təkcə müştərinin və ya onun tutduğu qiymətləndiricinin öhdəsinə buraxmaq olmaz. Belə halda banklar üzərinə böyük bir risk götürmüş olarlar. Banklarda olan vəsait əhaliyə məxsusdur və onların əmanətləridir. Bu heç də dövlətin deyil.  Ancaq konkret kredit götürən insan o vəsaiti özünə götürür. Bank pulu bir insandan alıb başqasına verir və həm pul verdiyi insanın, həm də aldığı insanın mənafeyini gözləməlidir. Çünki, boşludur ki, hər bir adamın pulu yerində olsun və ona görə cavabdehdir. Ona görə banklar obyektiv mövqe tutmalıdır və buna da çalışır.
Regionlara kreditlərin verilməsinin mərkəzdən fərqli olmasına gəldikdə  isə əmlak bazarlarının müxtəlif regionlarda müxtəlif formada inkişaf etməsindən asılıdır.      
Faktiki olaraq bazar bu gün Bakı şəhərində daha çox inkişaf edib. Girov götürən bank da bilməlidir ki, götürdüyü əmlakı sabah bir problem olanda satmaq lazım olduqda onu satmağa, pula çevirməyə, verdiyi krediti bərpa etməyə bazarı olacaq. Rayonlarımızın hamısında isə belə bir şərait yoxdur. İstənilən rayonda istənilən əmlakın pula çevrilməsi mümkün deyil.


Modern.az      

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı