Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu səhər zəif dumanlı olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacağı, axşama doğru yarımadanın bəzi yerlərində güclənəcəyi ehtimalı var havanın temperaturu gecə 14-16, gündüz 22-26 dərəcə isti təşkil edəcək. Oktyabrın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı, şimal-qərb küləyinin əsəcəyi gözlənilir havanın temperaturu gecə 14-16, gündüz 21-23 dərəcə isti təşkil edəcək. Oktyabrın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı, gündüz dəyişkən buludlu olacağı, şimal küləyinin əsəcəyi gözlənilir, havanın temperaturu gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
Oktyabrın 16-da Gecə və axşam bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz havanın açılacağı əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyinin əsəcəyi arabir güclənəcəyi gözlənilir havanın temperaturu gecə 14-17, gündüz 23-28, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Oktyabrın 17-18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, tutulub açılacağı, lakin 17-də axşam və 18-də axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı olunur. Qərb küləyinin əsəcəyi gözlənilir havanın temperaturu gecə 12-16, gündüz 22-25, dağlarda gecə 5-9, gündüz 12-17 dərəcə isti olacaq.
Modern.az