Sabail rayonu 29 saylı seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kampaniyasına artıq start verilib.
15 oktyabrda Əli Nəzmi küçəsində və İkinci görüş Cənub dərəsinin sakinləri ilə görüş keçirildi. Seçicilərin böyük coşğusu ilə qarşılanan Fuad Muradov seçicilərlə səmimi görüşdü.
«Siz daha yaxşı həyata layiqsiniz. Çünki Siz gözəl, zəngin bir məmləkətin vətəndaşısınız»- deyən Fuad Muradov qeyd etdi ki, Azərbaycanın hər bir vətəndaşı güclü sosial təminatlara malik, iqtisadi cəhətdən çiçəklənən, azad və demokratik dövlətdə yaşamağa layiqdir.
"Mən dövlətçiliyimizin bu istiqamətdə daha da inkişafı uğrunda əlimdən gələni edəcəyəm".
Ötən 5 ildə əldə olunan uğurlara diqqət çəkən Fuad Muradov bildirdi ki, 2500-dən çox səbailli ilə təkbətək görüş keçirib. 200-ə yaxın ailənin bu və ya digər probleminin həllində yardımçı olub. Bayılın və 20-ci sahənin kanalizasiya, su, yolların asfalt örtüyü kimi problemlərinin, Badamdarın uzun müddətdir həll olunmamış qalan su probleminin və daha neçə-neçə problemlərin həllinin hələ də qaldığını diqqətə çatdıran Fuad Muradov qeyd etdi ki, Milli Məclisdə deputat seçilərsə bütün bu problemlərin həllinə çalışacaq.
Seçicilər bildirdilər ki, bu ilki seçkilərdə Fuad Muradovun namizədliyini yenidən gözləyirdilər.
"Əgər Fuad bəy namizədlik verməsəydi ən azından ümidləri ona olan Səbail rayonun sakinlərinə haqsızlıq etmiş olardı. Həqiqətən də növbəti 5 il ərzində bu dəfəkindən də çox işlər görəcəyinə əminik".
|
|
|
|
|
|
|
|
|
|
|
|