Modern.az

“ Arif Alışanov Füzulinin bir bənd şerini əzbər desə, namizədliyimi geri götürərəm” ®

“ Arif Alışanov Füzulinin bir bənd şerini əzbər desə, namizədliyimi geri götürərəm” ®

Ölkə

15 Oktyabr 2010, 19:30

“ O həddindən artıq zəif namizəddir ”

Niyaməddin Orduxanlı: ”45 saylı dairənin yeganə şanslı namizədi var, o da mənəm və bunu dəfələrlə sübut etmişəm”

Suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini və “İslahat Blokunun” 45 saylı seçki  dairəsindən deputatlığa namizədi Niyaməddin Orduxanlı cavablandırır.

-        Seckidə nəyə ümid edirsiniz?

-        Ən böyük ümidüm seçiçilərədir, abşeronlulara.  15 ildən artıqdır ki, aktiv siaysətlə məşğul oluram. Bu illər ərzində beşinci  dəfədir ki, seçkiyə qatılıram. 1999, 2004 və 2009 cu illərdə bələdiyə seçkilərində Abşeron rayondan müxalifətin namizədi kimi bələdiyyə üzvü seçilmişəm. Hətta bələdiyyə sədrinin müavini vəzifəsinə qədər irəliləmişəm. 1997 ci ildə Əbülfəz Elçibəy AXCP-nin sədri olanda mən partiyanın gənclər komitəsində şöbə müdiri idim. Və onu da deyim ki, 1999-cu ildə AXCP-nin namizədi kimi Azərybaycanda 21 yaşlı ən gənc bələdiyyə üzvü seçilmişəm. Mənim namizədliyimin irəli sürülməsinin səbəbkarı da Əbülfəz Elçibəy olub.
2001-çi ildə AXCP-nin birləşməsi prosesində Qüdrət Həsənquliyevə ilk dəstək verənlərdən olmuşam. 3 il Qüdrət bəyin köməkcisi, 1 il müşaviri  və 4 ilə yaxındır ki, müavini vəzifəsində çalışıram. 2 dəfə də prezidentliyə namizəd Qüdrət bəyin vəkili olmuşam. 2005-ci il parlament seçkilrəində BAXCP-nin namizədi olmuşam. Mənim geniş secki təcrübəm var. Abşeron rayonunda anadan olmağım və 11 ilə yaxındır ki, bələdiyədə rəhbər kimi fəaliyyət göstərməyim də  mənə əlavə dividentlər verir. Bu seçkiyə də böyük ümüdlərlə qatılıram. Artıq ilk olaraq mənim namizədliyim qeydə alınıb. Oktyabrın 15-dən rəsmən təblğat kampaniyasına başlamışam.

-        Seckiyə hansı şuarlarla gedirsiniz?

-        Mən 4 partiyanin birləşdiyi “İslahat Blokunun” vahid namizədiyəm. Bizim blokun hansı şüarla seçkiyə qatılması bloka daxil olan partiya sədrləri və rəhbər şəxslər tərəfindən müəyən edilib. Biz 107 namizədlə seçkiyə qatılmışıq. Əsas hədəfimiz də parlamentdə 25 yer qazanıb, müxalifət fraksiyasını yaratmaqdır. Bizim hədəfimiz parlamentdə ana müxalifət olaraq fəaliyyət göstərib ölkənin inkşafına tövhə verməkdir. Biz nə  Əli Kərimli kimi parlamentdən küsüb gedəcəyik, nə də ki, İsa Qəmbər kimi İlham Əliyev hakimiyyətini qeyri-legitim hesab edəcəyik. Bu cur yanaşma ilə iqtidar-müxalifət münasibətləri yardıla bilməz. BAXCP sədri Qüdrət Həsənquliyev məbuata acıqlamasında bildirib ki, bizim blok qalib gəlsə, parlamentin ana müxalifət fraksiyası kimi cənab prezidentə müraciət ediləcək görüşmək üçün.

-         Ümumiyyətlə 45 saylı Abseron secki dairəsinə daxil olan ərazilərin problemlerinə nə qədər bələdsiniz və bu problemlərin həlli ücün nə etmək olar? Deputatliga namizəd kimi munasibətiniz maraqli olardı.

-        Qeyd etdiyim kimi mən bu rayonda anadan olmuşam.  Kifayət qədər bu rayonun sosial problemərini bilən adamam.  Təbligat dövründə bu məsələ ilə bağlı geniş acıqlamalarım olacaq. Rayonla bağlı xususi platformam var. Bu məsələləri təbliğat zamanı gündəmə gətirəcəm. Həm də istəyirəm ki, nəhayət, bu rayonda anadan olan və bu rayonu kifayət qədər tanıyan bir şəxs parlamentə seçilsin. İndiyə qədər parlamentdə Abşeronu təmsil edən səxslər başqa bölgənin nümayəndələri olublar.

-        Gənc namizəd kimi bu ərazidə yasayan gənclərin problemlərinin həlli ucun hansi təklifləriniz var? 

-        Tək  gənclərin deyil, digər katiqoriyalı şəxslərin də  problemlərin həlli istiqamətində təkliflər paketim var. Sizə bir faktı deyim. Mehdabad qəsəbisində qeyri-rəsmi 20000 –dən yuxarı əhali yaşayır.  Qəsəbənin 1 nömrəli orta məktəbində, 360 nəfərlik təhsil ocağında 1100 nəfərə yaxın şagird təhsil alır. 4 növbədə təhsil aparılırdı. Bunu mənə həmin məktəbin drektoru demişdi. Mən də Mehdabad bələdiyəsinin sədr müavini kimi , öz təşəbüsümlə ölkənin təhsil nazirinə və 30 yaxın millət vəkilinə müracət etdim ki , bu məsələdə kömək olsunlar və yeni bir məktəb tikilsin. Təhsil nazirindən mənim məktubuma cavab verilməmişdi.  Millət vəkillərindən isə yalnız BAXCP sədri Qüdrət Həsənquliyev məktubuma cavab verdi.
Həmin vaxt Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanımın təəşəbbüsü ilə  bütün bölgələrdə məktəblər, xəstəxanalar tikilirdi. Qüdrət bəy də mənim məktubumla bərabər rəsmi deputat blankında Mehriban xanıma muraciət edib, xahiş etdi ki, Mehdiabad qəsəbəsində də yeni məktəb tiklisin. 
Mehriban xanim da müraciətə çox diqqət göstərdi və bundan 2 gün sonra məsul şəxslər qəsəbəyə gəldilər, qısa müddət ərzində  qəsəbədə 2 mərtəbəli və bütün şəraiti olan məktəb tikilib istifadəyə verildi. Bütün qəsəbə sakinləri Mehraban xanımın addımını yüksək dəyərləndirirlər və ona öz təşəkürlərini xususi qeyd edirlər.
Bu faktı mehdabadılar heç vaxt unutmayacaq. Mənim  bu kimi fəaliyyətlərim olub. Mən 3 dəfə bələdiyyəyə seçilib qəsəbə sakinlərinin daim xidmətində olmuşam. Bu səfər abşeronlular mənə ehtimad göstərib deputat seçərlərəsə,  bütövlükdə rayona və dövlətçiliyə xidmət edəcəm.

-         AzTV sədri Arif Alısanov sizin dairədən namizədliyini irəli sürməsi qələbə imkanlarınızı məhdudlaşdırmır ki?

-         Mən əvvəlcədən də demişəm ki, mənim əsas rəqibim YAP-ın irəli sürdüyü namizəd olacaq. Cünki bu səfər də seçkinin favoriti YAP-dır. YAP da bu dairədən Abşeron rayon təhsil şöbəsinin müdir müavini irəli sürüb. Arif müəllim isə müstəqil olaraq namizədliyini irəli sürüb. Ümümiyyətlə bu dairədən Arif Alışanovla yanşı, indiyə qədər 11 nəfər namizədliyni irəli sürüb. Tam səmimimiyətimlə deyirəm, təvazükarlıq olmasın, bu dairənin ən güclü namizədi mənəm.  Bunu da bir daha bu seçkidə sübut edecəm. Son bələdiyyə seçkilərində Mehdiabad qəsəbəsində 73 mehdabadlı ilə mübarizədə 2000 yaxın səs toplamışam. Bu da təxminən seçkiyə gələnlərin 80%-i deməkdir.  Kimin buna şübhəsi varsa, MSK-nın rəsmi saytına daxil olub mənim topladığım səslərlə tanış ola bilərlər. Seçiçilərlə son görüşümə 1300 nəfərdən yuxarı şəxs iştirak edib. Tək Mehdiabad qəsəbsəində 6000 seçiçi var. Və bütün qüvvələrimizi safərbər edıcəyik ki, seçkidə iştirak edən seçiçilərin sayı xeyli çox olsun. Həm də bizim ailəmiz 50 ilə yaxındır ki, Qərbi Azərbaycandan bu qəsəbəyə köçüb. Bu faktın özü də mənim səs qazanmaq imkanlarımı həddindən artıq çoxaldır.

-         Kecən dəfə namizədliyinizi Oktay Əsədovun xeyrinə geri götürdünüz. Bu dəfə namizədliyinizi Arif Alısanovun xeyrinə geri gotürməyiniz mümkündürmü?

-        Arif Alışanov cənab spiker Oktay Əsədov deyil! Və bunu da qeyri-mümkün hesab edirəm. Niyə onun xeyrinə namizədliyini geri götürməliyəm ki? Mənim bu adam haqqında AzTV-nin sədri olmasından  başqa hər hansı  bir məlumatım yoxdur. Və mətbuatda onun rəhbər olduğu qurumu idarə edə bilməməsi, qurumdakı qeyri-sağlam münasibətlər dərc olunsada Arif Alışanov bu haqda münasibət bildirməyib. Susmaq da razılıq əlamətidir. Hakimiyyətdə olan yuksək vəzifəli şəxslərin tabeçiliyində olan şəxslər öz rəhəbrləri haqqında kəskin fikir bildirməyiblər. Amma Alışanovun öz işçiləri onun haqqında mətbuatda kifayət qədər kəskin fikirlər söyləyərək iş yerini tərk ediblər.  
Arif Alışanovu debata dəvət edirəm. Əgər Arif Alışanov Füzulinin bir bənd şerini əzbər desə, namizədliyimi geri götürərəm. O həddindən artıq zəif namizəddir. Mənim 33 yaşım var və həyatımın 15 ilini böyük siyasətə həsr etmişəm. Gənc yaşımda BAXCP sədri Qüdrət Həsənquliyevin müavini statusuna qədər irəliləmişəm . Mənim kecdiyim uzun bir yol var. Mən bu yolu ona görə keçmişəm ki, AzTV-nin sədrinin xeyrinə namizədliyimi geri göturüm? Heç kim də düşünməsin ki, məndən cox dövlətçiliyə, xalqa və  bu millətə bağlıdır. Arif müəllim də mənim üçün ciddi rəqib deyil. Bu şəxs heç bu rayonda yaşayan da deyil. Bu dairədən yalnız qələbə qazanmaq imkanları olan şəxsin adı-BAXCP sədrinin müavini və “İslahat Bloku”nun vahid namizədi olan Niyaməddin Orduxanlıdır!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı