Türkiyənin “Qalatasaray” klubunun ən yaşlı fanatı ortaya cıxıb. 105 yaşılı Fatma nənə “Ali Sami Yen” arenasında keciriləcək matçı canlı olaraq izləyəcək. Modern.az saytının türk mətbuatına istinadən verdiyi xabərə görə, “Qalatasaray” futbol klubunun ən yaşlı fanatı elə klubun özü ilə yaşıddır.
105 yaşı olan Fatma nənə Türkiyənin Şavşat mahalının Çuxur kəndində yaşayır.
“Qalatasaray” klubunun prezidenti Adnan Polat Fatma nənəni 17 oktyabrda “Ali Sami Yen”də keciriləcək “Qalatasaray” – “Ankaragücü” oyununa baxmağa dəvət edib. Adnan Polatın dəvəti üzrə Fatma nənə Şavşandan İstanbula təntənə ilə yola salınıb.
Modern.az