Modern.az

Ali məktəblərimizdə dərs deyən əcnəbi müəllimləri Azərbaycana kim dəvət edir?

Ali məktəblərimizdə dərs deyən əcnəbi müəllimləri Azərbaycana kim dəvət edir?

Ölkə

16 Oktyabr 2010, 17:38

Azərbaycandakı bəzi dövlət və özəl ali məktəblərdə xeyli xarici mütəxəssis çalışır. Görəsən onlar hansı qaydalarla Azərbaycana dəvət edilir, Təhsil Nazirliyindən bunun üçün icazə alınırmı?
Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aqil Vəliyev Modern.az  saytına bildirib ki, xarici mütəxəssislərin Azərbaycandakı ali məktəblərdə çalışmalarından xərbərdardırlar.

 “Xarici mütəxəssislərin Azərbaycanın ali məktəblərində dərs keçməsi üçün Təhsil Nazirliyindən rəsmi icazə alınmır. Bu məsələ ilə əlaqədar qabaqcadan ölkələrin müvafiq nazirlikləri ilə razılaşmalar olur ki, müəllimlərin mübadiləsi həyata keçirilsin”-deyə A.Vəliyev bildirib.
Müsahibimiz deyib ki, məsələn, hazırda macar dilinin Azərbaycanda tədrisi və eyni zamanda Azərbaycan dilinin Macarıstanda tədrisi ilə bağlı müzakirələr aparılır. Bu məsələylə bağlı razılaşma olanda Azərbaycandan Macarıstana mütəxəsis göndəriləcək ki, dilimiz tədris etsin.
“Onlar da əvəzində Azərbaycanda macar dilinin tədrisi üçün mütəxəsis göndərəcəklər”.
A.Vəliyev deyib ki, Azərbaycanda ən çox çalışan xarici mütəxəssislər alman və yapondilli mütəxəssislərdir.
”Xaricdən gələn mütəxəsislər əsasən dil fənlərini tədris edirlər. Texniki sahələr üzrə mütəxəssislərlə bağlı da qabaqcadan dövlətlər arasında razılıqlar əldə olunur. Dövlətlər arasında razılaşma ilə gələn mütəxəsislər əsasən dövlət universitetlərində dərs keçirlər. Qeyri-dövlət ali məktəblərimiz isə xaricdəki özəl ali təhsil ocaqları ilə danışıqlar aparır, universitetlərarası müqavilələr bağlıyırlar. Özəl ali məktəblərdə tədrislə məşğul olan əcnəbi müəllimlərə Təhsil Nazirliyi məsuliyyət daşımır”-deyə A.Vəliyev söyləyib.

Mail Ağaxanov   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı