Modern.az

Səhiyyə Nazirliyi daha 4 aptekin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi daha 4 aptekin fəaliyyətini dayandırıb

Ölkə

19 Oktyabr 2010, 11:47

Əczaçılıq fəaliyyəti qaydalarının, o cümlədən, dərman preparatları və tibb ləvazimatlarının alınması, saxlanması, satılması və keyfiyyətinin qanunauyğunluğunu yoxlamaq məqsədi ilə Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsinin mütəxəssisləri tərəfindən 15.08.2010-01.10.2010 tarixləri arasında ölkə ərazisində fəaliyyət göstərən 103 aptek təşkilatlarında reydlər keçirilib.

Nazirlikdən verilən məlumata görə, reydlər zamanı aptek təşkilatlarından Səhiyyə Nazirliyinin icazəsi olmadan respublikaya idxal olunmuş və yararlıq sertifikatı olmayan 5974 qutu və istifadə müddəti bitmiş 110 qutu dərman preparatları müsadirə edilərək götürülüb. Xüsusi razılıq (lisenziya) olmadan qanunsuz əczaçılıq fəaliyyəti göstərən 4 obyekt aşkarlanaraq fəaliyyətləri dayandırılıb və lisenziya olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar həmin obyektlərin sahiblərinə inzibati xətalar haqqında cərimə protokolları tərtib edilib.
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən reydlər davam edir.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı