Modern.az

Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasına başladı ®

Qənirə Paşayeva təbliğat-təşviqat kampaniyasına başladı ®

Ölkə

19 Oktyabr 2010, 14:21

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva oktyabrın 15-dən 18-dək rayonun Cəlilli,  Düzcırdaxan, Düzqırıqlı, Aşağı Ayıblı, Əlibəyli kəndlərində seçicilərilə görüşüb.

Namizədin səlahiyyətli nümayəndəsi Vidadi Məmmədovun verdiyi məlumata görə, Qənirə Paşayeva ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. O, bu illər ərzində Tovuzun və tovuzluların problemlərinin həlli üçün bir deputat kimi əlindən gələni etməyə çalışdığını vurğulayıb.

”Bu 5 ildə sizə vicdanla, məsuliyyətlə, layaqətlə, Sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım” deyən Qənirə Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlar çərçivəsində (xüsusilə AŞPA), Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi yarımmilyon soydaşımızın yaşadığı və strateji müttəfiqimiz olan Gürcüstanla əlaqələrin daha da inkişaf etməsi istiqamətində, Azərbaycan-Türkiyə, Azərbaycan-ABŞ, Azərbaycan-Misir və.s dostluq qruplarının üzvü kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib.
Qənirə Paşayeva bildirib ki, Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq və yenidən namizədliyini irəli sürməsində də məqsədi budur.

“Bütün fəaliyyətim boyu Sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə olsa itirməmək üçün çalışdım deyən millət vəkili vurğulayıb ki, inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs əlindən gələni etməlidir”. 

Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı  seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb və onların qarşısında 5 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib.
Hər bir seçicinin 7 noyabr seçkilərində fəal olmasının və seçkilərdə iştirakının vacibliyini vurğulayan millət vəkili  seçkilərin demokratik, azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Vidadi Məmmədovun sözlərinə görə seçicilər Qənirə Paşayevanın deputatlıq fəaliyyətindən razılıqlarını ifadə ediblər. Bundan başqa, onlar müəyyən məsələlərin, problemin həlli ilə bağlı fikir və təkliflərini də millət vəkilinə çatdırıblar və eyni zamanda yenidən Qənirə Paşayevaya səs verəcəklərini söyləyiblər”.   

 

 

 

 

 

 

****

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva oktyabrın 19-da rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində seçicilərlə görüşüb.  
Namizədin səlahiyyətli nümayəndəsi Vidadi Məmmədov bildirib ki, görüşdə çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumlarının qarşısının alınmasında Əlibəyli kəndinin, onun qorxmaz və cəsarətli insanlarının böyük rolu olduğunu vurğulayıb. 
Əlibəyli Azərbaycanın qəhrəman kəndlərindən biridir deyən millət vəkili vurğulayıb ki, Ermənistan silahlı qüvvələri bu kəndə hücum edərək 400-dən artıq evi dağıtmasına, onlarla kənd sakinini qətlə yetirməsinə baxmayaraq bu kəndin sakinləri bir saat belə olsun evlərini tərk etməyib, kəndin və bütövlükdə Tovuz rayonunun qorunmasında böyük xidmətlər göstəriblər və hər bir azərbaycanlı bu kəndin sakinləri ilə fəxr edir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu kəndə böyük diqqət və qayğı göstərdiyini deyən millət vəkili vurğulayıb ki, Əlibəyli kəndi elektrik enerjisi, qazla tam təmin edilib, kəndi rayon mərkəzi ilə birləşdirən yol, ön cəbhəyə gedən yol müasir standartlara uyğun yüksək səviyyədə düzəldilib, kənddə yeni məktəb binası tikilib və tikinti-abadlıq işləri bu gün də davam edir.  Qənirə Paşayeva bir millət  vəkili kimi 5 illik fəaliyyəti dövründə ölkəmizin ön cəbhəsində yerləşən və çox strateji bölgələrdən biri olan Əlibəyliyə daim böyük diqqət yetirdiyini vurğulayıb. Mən demək olar ki, hər ay bu kəndə gəlmişəm, insanlarla görüşümüşəm, onların problemlərinin həlli istiqamətində əlimdən gələni əsirgəməmişəm deyən millət vəkili onlarla xarici ölkə səfirlərinin onun dəvəti ilə bu kənddə olduğunu və Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq törətdiyi vandalizm aktlarını diplomatların yerində gördüklərini deyib. O, bildirib ki, bu Ermənistanı ifşa etməklə yanaşı, erməni yalanlarının qarşısının alınması istiqamətində vacib və əhəmiyyətli olub. Onlarla ölkənin Azərbaycandakı səfirləri bu kəndi, onun səmimi və qonaqsevər insanlarını yaxından tanıdı və əminəm ki, heç zaman da unutmayacaqlar.   Millət vəkili Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozaraq öz həyətyanı sahəsində, öz torpağında işləyən dinc insanları snayperlərlə hədəfə almasına, insanlara əziyyət vermək üçün Ermənistan istiqamətindən kəndə gələn su yolunu bağlamasına baxmayaraq, bu kəndin sakinlərinin ön cəbhədə, düşmənlə üz-üzə mətanətlə dayandığını və torpaqlarımızın işğaldan azad olunması istiqamətində bir nəfər kimi Ali Baş Komandanın yanında olduğunu vurğulayıb. Millət vəkili bildirib ki, Ermənistanın getdikcə çökməsinin əksinə olaraq, Azərbaycan gün-gündən inkişaf edir və bu  Ermənistanla 17 km sərhəddi olan Əlibəylidən də çox yaxşı görünür.  
Qənirə Paşayeva ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb.  Qənirə Paşayeva bildirib ki, Əlibəylilər və ümumiyyətlə Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq. Vidadi Məmmədov onu da deyib ki, Qənirə Paşayeva Əlibəylilər qarşısında 5 illik fəaliyyəti ilə bağlı hesabat verib və seçiciləri bu istiqamətdə maraqlandıran suallara da cavab verib. O, hər bir seçicinin 7 noyabr seçkilərində fəal iştirak etməsinin vacibliyini də vurğulayıb.  
Vidadi Məmmədovun sözlərinə görə, Əlibəyli kənd sakinləri Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər. Çıxış edən şəhid ailələri, müharibə əlilləri, veteranlar, ağsaqallar və ağbirçəklər Qənirə Paşayevanın 5 illik fəaliyyəti dövründə daim onların yanında olduğunu, onların ailə üzvlərindən birinə çevrildiyini, problemlərinin həlli istiqamətində daim ondan dəstək gördüklərini vurğulayaraq yenidən Qənirə Paşayevaya etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər. Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi şəxsi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib.

 

 

 

 


Seçki qərargahı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı