Modern.az

“Sovetski” və “beşmətrəbə” tamamilə sökülməyəcək...

“Sovetski” və “beşmətrəbə” tamamilə sökülməyəcək...

Ölkə

20 Oktyabr 2010, 11:33

Şəhərin beşmərtəbəli binalar yerləşən mərkəzi hissəsinin və keçmiş “Sovetski” adlanan ərazinin tamamilə sökülüb yenidən qurulması layihəsi yoxdur. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.
Onun sözlərinə görə, yalnız Heydər Əliyev Sarayının arxasından Füzuli meydanınadək olan ərazinin təmizlənməsi layihəsi var və bura yaxın zamanlarda şəhərimizin yaraşıqlı xiyabanlarından birinə çevriləcək. C. Qocayev deyib ki, ərazinin planlaşdırma layihəsi bu ilin sonunda hazır olacaq. Bu zaman hər bir binanın tarixi, onun memarlıq cəhətdən görkəmi, eyni zamanda, yaşayış və istifadə üçün imkanları qiymətləndiriləcək.
Onun sözlərinə görə, bütün bu işlər Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan paytaxtın mərkəzi hissəsinin bir sıra məhəllələrinin müfəssəl planlaşdırma layihəsi çərçivəsində aparılacaq.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı