Azərbaycan İslam Demokratik Partiyası Bakıda Fələstin Milli Müxtariyyətinin səfirliyinin açılmasını təklif edib.
Partiyadan Modern.az-a daxil olan məlumatda bildirilr ki, Fələstin Milli Muxtariyyətinin Bakıda səfirliyinin açılması ilə bağlı ideyanı “islamçı demokrat olaraq dəstəkləyirlər”.
İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslının sözlərinə görə, azadlıqsevər Fələstin xalqının Bakıda təmsilçiliyinin açılması bir sıra səbəblərə görə vacibdir:
«Fələstin xalqının başına gələn müsibətləri bizim xalqın müsibətləri ilə eyniləşdirmək olar. Bundan başqa onlara hər hansı yardım etməkdən kənarda qalamışdıq. Hər iki məqama görə səfirliyin açılması vacibdir. Xatırladım ki, İsrail Fələstin xalqına divan tutuduğu dövrdə onlara qan və pul yardım etmək üçün təkliflə çıxış etmişdik. Ancaq sözümüzü heç kimə çatdırıb və əməli yardım edə bilmədik. Bu mənada haqları pozulmuş və təzavüzə məruz qalmış xalqın müdafiəsi üçün səfirliyin rolu olacağına ümüdvarıq”-deyə o, qeyd edib.
Modern.az